"WorldSkills Russia" təşkilatının VIII Milli Çempionatının finalı 2020-ci il 6-21 sentyabr tarixlərində ilk dəfə olaraq distant-əyani formatda keçiriləcək.
Koronavirus pandemiyası bütün dünyada adi iş formatına öz düzəlişlərini edib. Bununla yanaşı, yeni üfüqlər də açılıb: rəqəmsal meydançalar hazırda əsl bum yaşayır. Gündəlik müşavirələr, idman məşğələləri, dostlarla görüşlər, bizneslər, məktəblər, universitetlər, muzeylər onlayn rejimə keçib. "WorldSkills Russia" təşkilatı da təlimlərin, məşqlərin, yarışların və kvalifikasiya qiymətləndirmələrinin distant formatda keçirilməsi üçün yeni rəqəmsal alətlərin hazırlanmasından kənarda qalmayıb. Milli çempionatın finalını təxirə salmamaq üçün "WorldSkills" sistemində ilk dəfə olaraq onun distant-əyani formatı hazırlanıb. Ona bütün ən yaxşı texnologiyalar və alətlər daxil edilib ki, digər ölkələr də sonradan onları öz sistemlərində kadrların hazırlanması və milli çempionatların keçirilməsi zamanı tətbiq və istifadə edə biləcəklər.
Milli çempionatın finalı çərçivəsində 130 bacarıq üzrə (yuniorlar üçün - 71) yarışlar keçirilir. Milli birincilikdə 2800-dən çox insan iştirak edəcək. Onların arasında yuniorlar və xarici iştirakçılar olacaq. Müqayisə üçün: 2018-ci ildə iştirakçıların sayı 700 idi, 2019-cu ildə isə 1500 olub. Ekspertlər birliyini 700-dən çox üzv təmsil edəcək. "WorldSkills Russia" tərəfindən hazırlanmış yeni format bütün Rusiya üzrə maksimal sayda müsabiqəçinin çempionata qatılmasına imkan verib. Beləliklə, "WorldSkills Russia 2020" VIII Milli Çempionatının final mərhələsi yarışın keçirilməsinin bütün 8 ili ərzində Rusiyada ən böyük belə müsabiqə olacaq. Arzu edənlər finalda baş verənləri dünyanın istənilən yerindən onlayn yayım vasitəsilə izləyə biləcəklər.
Bacarıqlar 7 peşə blokuna uyğundur: tikinti və tikinti texnologiyaları; informasiya və kommunikasiya texnologiyaları; yaradıcılıq və dizayn; istehsal və mühəndislik texnologiyaları; xidmət sahəsi; nəqliyyat və logistika; "Future Skills" (Gələcəyin Bacarıqları).
Final kolleclərin, eləcə də ixtisaslaşmış və beynəlxalq bacarıq mərkəzlərinin regional meydançalarında keçiriləcək. Baş ekspertlər real vaxt rejimində yarışların gedişini izləyəcək və reqlamentə ciddi uyğunluğa nəzarət edəcəklər.
İştirakçıların çıxışlarının qiymətləndirilməsi distant və onlayn texnologiyaların tətbiqi ilə həyata keçiriləcək. Qiymətləndirmə sistemi bir neçə bloka bölünəcək və müsabiqəçilərin işləri onların bölgəsində olan ekspertlər tərəfindən, ya da vizual nəzarət vasitələri ilə uzaqdan qiymətləndiriləcək. Məsafədən qiymətləndirilməsi mümkün olmayan işlər ekspress poçtla Novokuznetsk şəhərində yerləşən yarışların idarə edilməsinin əsas mərkəzinə, ya da Moskva və Kazanda meydançalarda təşkil olunacaq yarışların idarə edilməsinin yardımçı mərkəzlərinə göndəriləcək.
Bundan başqa, "Gələcəyə bilet" platformasında ziyarətçilər üçün "Try-a-skill" – "Özünü peşədə sına" adlı xüsusi distant proqram də təşkil olunacaq. Arzu edən hər bir kəs virtual ekskursiyada iştirak edə və müasir onlayn fəaliyyət vasitələri ilə – oyun simulyatorlarından və müəllimlərin interaktiv tapşırıqlarından istifadə etməklə öz bacarıqlarını sınaya biləcək.
Qlobal iş aparılması üsullarında dəyişiklikləri və rəqəmsal iqtisadiyyatın inkişafını əks etdirən bu transformasiya birgə səylərin nəticəsidir. "WorldSkills Russia" uzun müddətdir ki, yeni metodikaların işlənib hazırlanması prosesinin önündə gedir və milli çempionatın yeni, distant-əyani formatda keçirilməsi Rusiya Federasiyasının Təhsil Nazirliyi, Kuzbass hökuməti, Strateji Təşəbbüslər Agentliyi (STA) və dünyanın 50 aparıcı şirkətindən olan tərəfdaşlar tərəfindən dəstəklənib.
Dünyanın ən iri kömür hövzələrindən biri olan Kuzbass VIII Milli Çempionatın final mərhələsinin keçirilmə mərkəzi olacaq. Burada ağır sənaye, metallurgiya müəssisələri yerləşir. Bu gün Kuzbass fəal şəkildə inkişaf edir, zavodlarda müasir texnologiyalar, dünyanın ən yüksək standartlarına uyğun qabaqcıl iş mexanizmləri tətbiq olunur. Regiona yüksək peşəkarlıq səviyyəsi olan insanlar lazımdır. Buna görə də milli çempionatın final mərhələsinin keçirilməsi tələb olunan ixtisasların bütün spektrini gənclərə göstərmək üçün əla imkandır.
Ənənəvi olaraq xarici iştirakçıların da "WorldSkills Russia" Milli Çempionatına qoşulmaq və təlim keçmək, eləcə də bir neçə bacarıq üzrə yarışlarda iştirak etmək imkanı var. Bundan başqa, Avrasiya məkanı ölkələrindən olan müsabiqəçilər üçün Avrasiya sessiyası da planlaşdırılır. Azərbaycandan olan iştirakçılar "Quru tikinti və suvaq işləri", "CAD mühəndislik dizaynı", "Santexnika və istilik təchizatı", "Qrafik dizayn", "Elektromontaj", "Moda texnologiyaları" bacarıqları üzrə təlim seminarlarını dinləyəcəklər. Öyrədici formatı sayəsində Azərbaycandan olan dinləyicilər "WorldSkills Russia" tərəfindən hazırlanmış yeni metodikaları və rəqəmsal həlləri öyrənə və onlayn texnologiyaların bu modellərini sonradan öz kadr hazırlığı sistemlərində istifadə edə biləcəklər.
""WorldSkills Russia" kadr hazırlığının kompleks sisteminin qurulmasında, peşəkar bacarıqlar üzrə çempionatların təşkilində, həmçinin tədrisin aparılması üçün rəqəmsal həllərin yaradılmasında və inkişafında tərəfdaş ölkələrlə beynəlxalq əməkdaşlıq sahəsində böyük təcrübəyə malikdir. Hazırda biz bu cür həllərin Avrasiya məkanı ölkələrində, o cümlədən MDB-də kadrların hazırlanması sistemində tətbiqinə yardım edirik", – "WorldSkills Russia" təşkilatının Baş direktoru Robert Urazov bildirib. O əlavə edib: "Bu iş çərçivəsində biz "WorldSkills Russia" təşkilatının Rusiyadakı meydançalarına, rəqəmsal infrastruktura və resurslarına, həmçinin şirkətlərin və təhsil müəssisələrinin tərəfdaş şəbəkələrinə distant qoşulma vasitəsilə birgə məşqlər keçiririk. Bu cür yanaşma işlənib hazırlanmış texnologiyaların təkmilləşdirilməsinə imkan verir, birgə artıma və MDB ölkələri ilə vahid əmək bazarının yüksək ixtisaslı mütəxəssislərlə sonrakı təminatına imkan yaradır".
Azərbaycan "WorldSkills" hərəkatını ölkədə fəal şəkildə inkişaf etdirməyə başlayıb: respublika "WorldSkills Asia" assosiasiyasına qoşulub və həmçinin "WorldSkills International" assosiasiyasına qoşulmağa hazırlaşır. Paralel olaraq Avrasiya məkanında "WorldSkills Russia" ilə beynəlxalq əməkdaşlıq aparılır. Onun çərçivəsində hərəkatın milli səviyyədə inkişafı üzrə Rusiyanın sistemli təcrübəsi, həmçinin işlənib hazırlanmış alətlər və texnologiyalar Azərbaycana imkan verəcək ki, ölkədə bu hərəkatı daha effektiv və miqyaslı şəkildə inkişaf edirsin. Məsələn, 2017-ci ildə "WorldSkills Russia" nümayəndələri Bakıda "WorldSkills" metodologiyası ilə tanışlıq, ekspert birliyinin formalaşdırılması, nümayiş imtahanının keçirilməsi, həmçinin "WorldSkills" standartlarına uyğun çempionatların hazırlanması və keçirilməsi mexanizmləri ilə bağlı bir sıra təlim seminarları təşkil ediblər. "WorldSkills Kazan 2019" çərçivəsində isə Azərbaycanın nümayəndələri dünya çempionatının işgüzar və müsabiqə proqramlarında, eləcə də biznes missiyasında iştirak ediblər.
VIII Milli Çempionatının finalı zamanı "WorldSkills Russia" yeni hazırlanmış rəqəmsal texnologiyaları yalnız öz meydançalarında deyil, həm də tərəfdaş ölkələrin meydançalarında sınaqdan keçirəcək və beləliklə onları təkmilləşdirərək bu və ya digər milli təhsil sisteminə uyğunlaşdıracaq. Ənənəvi olaraq, ölkələr Rusiyanın peşəkar ustalıq üzrə milli çempionatlarında iştiraka böyük maraq göstərirlər ki, "WorldSkills Russia" "laboratoriyasında" yaradılmış alətləri əldə edib və sonradan özlərinin milli kadr hazırlığı sistemlərində tətbiq etsinlər. Beləliklə, "WorldSkills Russia" öz təcrübəsinin miqyasını qlobal səviyyədə artırır.
Bu il "WorldSkills Russia" nümayəndələrinin xarici tərəfdaşlar üçün keçirəcəyi və yarışların təşkili üçün rəqəmsal və onlayn həllərin tətbiqinə həsr olunacaq xüsusi onlayn proqram da təcrübə mübadiləsi və yeni texnologiyaların öyrənilməsi üçün meydançaya çevriləcək. 40 ölkədən olan iştirakçılar proqrama müstəqil ekspertlər və müşahidəçilər kimi qatılacaqlar. Proqram çərçivəsində aşağıdakılar keçiriləcək: rəqəmsal həllərdən və onlayn texnologiyalardan istifadə etməklə "WorldSkills Russia" Milli Çempionatının yeni formatına həsr olunmuş sessiya; çempionatın yarışlarına ev sahibliyi edəcək distant meydançalara, habelə yarışların idarə edilməsi mərkəzlərinə onlayn tur; "WorldSkills" standartları üzrə distant formatda müstəqil qiymətləndirmənin aparılması üzrə təlim; onlayn təlim və yarışların təşkili və keçirilməsi üçün sənaye tərəfdaşları və şirkətlər ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında "business talk" (işgüzar ünsiyyət); 7 əsas bacarıq bloku üzrə distant və onlayn yarışlar modelinin tətbiqinə dair sessiya.
Müasir şərait peşəkar kadr hazırlığı sisteminə meydan oxuyub, onun inkişafının yeni, unikal bir mərhələsinə gətirib çıxarıb. Yalnız çempionatlar deyil, həm də təhsil və iş prosesləri də distant və bölüşdürülmüş formata keçir. Beləliklə, əmək bazarlarında yeni işədüzəltmə modellərinin və iş yerlərinin formalaşmasına şərait yaranır. Bütün bunlara əlavə olaraq, yeni reallıq mobillik imkanını yaradır – axı rəqəmsal formatda bu, daha da asanlaşır. Burada kadrların bu cür mobilliyi və qlobal inteqrasiyası üçün dünya səviyyəli bacarıqların olması vacibdir. "WorldSkills Russia" təşkilatının prioritet vəzifələrindən biri də istənilən milli kadr hazırlığı sistemi çərçivəsində məhz bu təlim səviyyəsini təmin edə biləcək "WorldSkills" standartlarını uyğunlaşdırmaq və tətbiq etməkdir.
Yarışlar KNAUF, IEK, 1C, Elfort şirkətlərinin dəstəyi ilə keçirilir.
Ətraflı bu mənbədən öyrənə bilərsiniz: https://wsr.online/
Layihənin tərəfdaşı