CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “İnzibati cəzalar ailədaxili münaqişələrə son qoya bilməz”

© Sputnik / Murad OrujovGənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyir ki, son illər gənc xanımların ailə daxilindəki statusundan sui-istifadə etmə halları geniş yayılıb
Yeganə Hacıyeva: “Ənənəvi Azərbaycan ailə modelini sıradan çıxara bilər”

Azərbaycanda məişət zorakılığı ilə bağlı sanksiyaların Cinayət Məcəlləsinə daxil edilməsi nəzərdə tutulub. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva Sputnik Azərbaycan-a deyir ki, ənənəvi Azərbaycan ailəsi ailədaxili münaqişənin müxtəlif formalarından əziyyət çəkir:

“Azərbaycanda ailədaxili münaqişə haqqında danışarkən daha çox qadına yönəlmiş şiddətdən danışılır. Amma son illər gənc xanımların ailə daxilindəki statusundan sui-istifadə etmə halları geniş yayılıb. Belə hallar Azərbaycanda da mövcuddur. Bunun uzunmüddətli davam etməsi ənənəvi Azərbaycan ailə modelini sıradan çıxara bilər. Ailədaxili münaqişənin əsasını təşkil edən maddi-sosial təminat, mənzil probleminin həlli administrativ cəzalardan fərqli olaraq ailədaxili münaqişələrə son qoya bilər”.

Yeganə Hacıyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0