Daxili işlər naziri sosial şəbəkədə vətəndaşdan üzr istədi

© © Ahmet Bolat/Pool via REUTERSTürkiyənin daxili işlər naziri (DİN) Süleyman Soylu, arxiv şəkli
Türkiyənin daxili işlər naziri (DİN) Süleyman Soylu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli sakinlərdən biri sosial şəbəkədə "Biabırçılığa bax. Nazir gəlir deyə, yol iki saat bağlı qalıb" kimi status yazıb. 

BAKI, 6 sentyabr - Sputnik. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Girəsuna - sel fəlakəti baş vermiş əraziyə getməsi yerli sakinlərin narazılığına səbəb olub. Oxu. az xəbər verir ki, səbəb nazirin gəlişinə görə yolun bağlanması olub. 

Belə ki, yerli sakinlərdən biri sosial şəbəkədə "Biabırçılığa bax. Nazir gəlir deyə, yol iki saat bağlı qalıb" kimi status yazıb. 

Süleyman Soylu həmin statusu cavabsız qoymayıb:

"Üzr istəyirəm. Gəliş-gedişim cəmi yarım saat oldu. Yolda deyildik, axtarma-xilasetmə bölgəsində idik. Verdiyim narahatlığa görə bir daha üzr istəyirəm". 

Xəbər lenti
0