Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qızıl portağal" festivalında iştirak edəcək filmlər bəlli oldu

© Pexels freestocks.orgКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Qısametrajlı filmlər arasında ilk yerin sahibi 20 min, sənədli filmlər arasında birinci olan isə 40 min türk lirəsi qazanacaq

BAKI, 5 sentyabr — Sputnik. Türkiyədə növbəti "Qızıl portağal" film festivalında iştirak edəcək filmlər bəlli olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya Böyükşəhər bələdiyyə sədri Muhiddin Böcəyin təşkilatçılığı ilə baş tutacaq festivalda 12 qısa və 10 sənədli film yarışacaq. Festival oktyabr ayının 3-dən başlayaraq 10-a qədər davam edəcək.

Qısametrajlı filmlər arasında ilk yerin sahibi 20 min, sənədli filmlər arasında birinci olan isə 40 min türk lirəsi qazanacaq.

Məlumat üçün bildirək ki, "Qızıl portağal" festivalı 1964-cü ildən bəri hər il Türkiyənin Antalya şəhərində baş tutur. Ölkənin ən məşhur festivallarından sayılan "Qızıl portağal" ənənəvi olaraq payız aylarında baş tutur.

Xəbər lenti
0