CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarif Şurasından "Gediş haqqı" açıqlaması

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Şuraya müraciət edilməyib və hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur

BAKI, 4 sentyabr — Sputnik. Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Tarif (Qiymət) Şurasının açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Şuraya müraciət edilməyib və hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur.

Xatırladaq ki, Tarif (Qiymət) Şurasının 30.07.2018-ci il tarixli qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.

Xəbər lenti
0