CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peşə təhsili ilə bağlı memorandum kimlərlə imzalanıb? 

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Peşə Təhsili Mərkəzi: Avtomobil istiqaməti üzrə təhsilalanlarının peşəkar səviyyədə bilik və bacarıq qazanmaları üçün Mərkəz daxilində və eləcə də, ondan kənarda lazımı imkanlar yaradılır.

BAKI, 4 sentyabr - Sputnik. Azərbayanda Peşə Təhsili Mərkəzi özəl şirkətlərlə əməkdaşlıq üçün memorandum imzalayır.

Bu barədə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən isə sorğumuza cavab olaraq bildirdilər ki, Peşə Təhsil Mərkəzi bir sıra sahələrdə müəssisələrlə bu sahədə əməkdaşlıq memorandumu imzalanıb:

“Avtomobil istiqaməti üzrə təhsilalanlarının peşəkar səviyyədə bilik və bacarıq qazanmaları üçün Mərkəz daxilində və eləcə də, Mərkəzdən kənarda lazımı imkanlar yaradılır. Bu istiqamətdə görülən fəaliyyətə dəstək üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Avtolüks Azərbaycan” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb. Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan əməkdaşlıq memorandumunun imzalanmasında əsas məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı müvafiq tədbirlər görməkdən ibarətdir."

Belə ki, fəaliyyət planındakı başlıca tədbirlər Mərkəzdə fəaliyyət göstərən 1 illik “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası üzrə texniki peşə təhsili  və 3 illik “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə yüksək texniki peşə təhsili alan təhsilalanlar üçün peşəkar hazırlığın təşkilinə dəstək vermək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

Kamran Əsədov - Sputnik Azərbaycan
Ekspert gənclərin peşə təhsilinə artan marağının səbəbləri haqqında danışır

2020-2021-ci tədris  ilindən etibarən tərəflər peşəkar kadr hazırlığını təmin etmək məqsədilə birgə tədris proqramları hazırlayaraq, eləcə də təlimlər təşkil ediləcək. Həmçinin məhşur dünya markalarını Azərbaycan istehlakçısına təqdim edən “Avtolüks Azərbaycan” MMC şirkəti tərəfindən Mərkəz təhsilalanlarının praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə iş yerində təcrübə proqramlarının təşkilinə və məzun tələbələrin işlə təmin olunmasına dəstək göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM digər qabaqcıl avtomobil müəssisələri olan Abşeron Avtomobil Mərkəzi (Mercedes Benz), İmprotex Motors (BMW, BMW Motorrad Motorcycles, MINI, Rolls-Royce və Yamaha Motors), Dream Auto MMC, Şərq Motors, Toyota Azərbaycan, Cahan Motors, Mitsubishi, Honda, Mazda, Subaru və bu kimi digər avtomobil şirkətləri ilə də əməkdaşlıq etməkdədir.Mərkəzimiz hər zaman öz təhsilalanları və məzunlarının inkişafı istiqamətində fəaliyyət dairəsini genişləndirməkdədir. Daxili təcrübə və imkanları ilə məhdudlaşmayan Mərkəz öz fəaliyyət sahəsində digər kənar təcrübə və texniki baza ehtiyatlarını da tətbiq edir. Bu səbəbdən, Mərkəz mütəmadi olaraq dövlət və özəl sektorla əməkdaşlıq şəbəkəsini genişləndirir.

“İnşaat” istiqaməti üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində özəl müəssisələrlə birgə fəaliyyət göstərir. Bu günlərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Azertexnolayn” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.  Əməkdaşlıq təhsilalanların sənayenin tələblərinə cavab verən ixtisaslı kadrlara çevrilməsinə xidmət edir. Belə ki, memorandum çərçivəsində yeni tədris ilindən etibarən müəyyən edilən müvafiq sahələr üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması və təlimlərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki tərəf kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına, eyni zamanda ixtisaslı kadrlara malikdir. Sözügedən əməkdaşlıq çərçivəsində “Sənayedə quraşdırma”, “Mexanika”, “Elektrotexnika” və “Avtomatika” istiqamətləri üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirakı, onlara sahibkarlıq vərdişlərinin aşılanması, müvafiq bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təcrübə proqramına qatılanlar arasında gözləntiləri qarşılayan təhsilalanların işlə təmin olunması nəzərdə tutulur”.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0