BAKI, 4 sentyabr — Sputnik. Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallıdan boşanması ilə bağlı xəbərlərə münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə "MTV Azərbaycan"da yayımlanan "10-dan sonra" verilişində danışıb. Müğənni boşandığını üstüörtülü olsa da, etiraf edib:
"Hər kəs reytinq istəyir. Bu, jurnalistlərin işidir. Haqqımda yazılmalıdır. Amma düşünmək lazımdır ki, bu insan axı tək deyil. Bunun anası, ailəsi var. Bir insan nə yaşayırsa, alnına yazılan qismətdir. Bunu heç kim poza bilməz. Gedirəm, ayağım büdrəyir. Deyirəm ki, belə də olmalı imiş. Bunları qəbul edirəm, məcburam. Elə şeylər yazılır ki, ailəm pis olur".
Qeyd edək ki, 2010-cu ildə ailə quran cütlüyün boşanması bir neçə ildir müzakirə olunur. Buna zəmin yaradan isə onların ayrı evlərdə yaşaması, Kamilin qızı ilə daha çox evdən yox, restoran, bağça və digər yerlərdən paylaşım etməsi, Gülayın idmançı həbs olunarkən sosial şəbəkələrdə və mediada sərgilədiyi davranışlardır. Bundan başqa, idmançı Kamil Zeynallı evini satır. Zeynallı Mərkəzi Neftçilər Xəstəxanası yaxınlığında yerləşən üçotaqlı evini 200 min manata satışa çıxarıb.