CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bloggerin rəfiqəsi ilə boya zarafatı abunəçilərini şoka salıb

© Photo : Instagram / kristenhanby Девушка YouTube-блогера Кристен Хэнби
Девушка YouTube-блогера Кристен Хэнби  - Sputnik Azərbaycan
Abunə olmaq
Kristen Henbi adlı blogger öz rəfiqəsi ilə zarafat etmək istəyib və nəticədə tamamilə əks-effektə nail olub.

BAKI, 4 sentyabr — Sputnik. "YouTube" bloggeri Kristen Henbi rəfiqəsi Cesmin ilə zarafat etmək məqsədilə vannaya köpüklə birlikdə parça boyası töküb, lakin onun bu hərəkəti abunəçilərini qəzəbləndirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, o, videonu "Instagram" səhifəsində yerləşdirib.

Qız vanna qəbul etməyə başlayıb və bir neçə dəqiqədən sonra blogger onun qışqırıqlarını eşidib. Bundan sonra o, hamamdan dəsmala bürünmüş çıxıb və məlum olub ki, onun qolları və ayaqları tamamilə mavi rəngə boyanıb.

Henbi ona gülərək onu "dünyanın ən qəzəbli smurfu" adlandırıb.

Lakin "Twitter" istifadəçilərindən biri bu videonu səhifəsində paylaşaraq Henbinin bu hərəkətini gülməli hesab etmədiyini vurğulayıb və bu fikri çox sayda istifadəçi dəstəkləyib.

"Bu onu sözün həqiqi mənasında öldürə bilərdi. Parça üçün boyanın cinsiyyət orqanları, gözlər və ya ağızla təması yolverilməzdir. Bu, çox təhlükəlidir. O, həkimə müraciət etməlidir, çünki bu, onun sağlamlığına ciddi zərər verə bilər", — deyə bir istifadəçi qeyd edib.

Bəzi abunəçilər Henbini qıza elementar hörmət etməməkdə günahlandırıblar.

"Axı ona nə etmişdi? Belə şeylər adətən nəyəsə görə qisas almaq üçün edilir, heç kim belə oyunları elə-belə təşkil etmir", - şərhlərdə bildirilir.

Amma prankerə görə müdafiə edənlər tapılmadı.

"Düşünürəm ki, bu videonu pisləyən qızların bir çoxu belə bir şey oğlanın başına gətirilsəydi, ona gülərdilər", — deyə şərhçilərdən biri qeyd edilib.

Xəbər lenti
0