BAKI, 3 sentyabr — Sputnik. Şagird yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 11-dək davam edəcək. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar sentyabrın 11-də sorğuların qəbulu müvəqqəti dayandırılacaq.
İndiyədək şagird yerdəyişməsi ilə bağlı 13 min sorğu daxil olub.
Qeyd edək ki, şagird yerdəyişməsi ilə bağlı elektron sistem 2019-cu il avqustun 15-də istifadəyə verilib. Valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradır.