Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət xərcləri azaldır

© Sputnik / Murad OrujovЖенщина пересчитывает монеты, фото из архива
Женщина пересчитывает монеты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gəlirlərin 57,3 faizi və ya 13 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür

BAKI, 3 sentyabr — Sputnik. 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24327,0 mln. manat məbləğində proqnozlaşdırılır. Sputnik Azərbaycan bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 0,8% çoxdur.

Gəlirlərin 57,3 faizi və ya 13 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1750,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Bu isə bu ilin proqnozuna nisbətən 6% azdır. Xərclərin 18106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

Xəbər lenti
0