CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dəniz kuboku"nda iki qalib var - FOTO

© AR Ministry of DefenceУчастники конкурса «Кубок моря»
Участники конкурса «Кубок моря» - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb. Keçirilən ümumi mərhələlərin yekun nəticələrinə əsasən, Azərbaycan və Rusiya hərbi dənizçiləri bərabər bal toplayaraq müsabiqənin qalibi olublar.

BAKI, 3 sentyabr — Sputnik. "Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsinə yekun vurulub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

1/3
"Dəniz kuboku" müsabiqəsində
2/3
"Dəniz kuboku" müsabiqəsində
3/3
"Dəniz kuboku" müsabiqəsində
1/3
"Dəniz kuboku" müsabiqəsində
2/3
"Dəniz kuboku" müsabiqəsində
3/3
"Dəniz kuboku" müsabiqəsində

Bildirilib ki, iştirakçı ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda "Hava hədəfinə artilleriya atışı", "Xilasetmə vasitələrinin istifadəsi", "Gəminin lövbərə və çəlləyə durması" çalışmalarını icra ediblər.

Beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb. Keçirilən ümumi mərhələlərin yekun nəticələrinə əsasən, Azərbaycan və Rusiya hərbi dənizçiləri bərabər bal toplayaraq müsabiqənin qalibi olublar.

"Dəniz kuboku" müsabiqəsinin bağlanış mərasimi və qalib komandaların mükafatlandırma mərasimi sentyabrın 4-də keçiriləcək.

Xəbər lenti
0