BAKI, 3 sentyabr — Sputnik. Bu gün Bakıda taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə şirkətin "Facebook" səhifəsində məlumat verilib:
"Taksimizdə ilk dəfə uşaq dünyaya gəlib. 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbiylə yolda olarkən təbii doğuş baş tutub və qadın övladını avtomobildə dünyaya gətirib. Dərhal reaksiya verən sürücümüz yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb. Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır".