Maşın vuran türk müğənninin evi yandı

© AP Photo / Noah BergerЛесные пожары вдоль автомагистрали 80 в Вакавилле, штат Калифорния
Лесные пожары вдоль автомагистрали 80 в Вакавилле, штат Калифорния - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınsöndürənlərin çətinliklə söndürdüyü yanğında əşyaları külə dönən müğənni hadisə zamanı evdə olmayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. İki ay əvvəl Antalyada maşınla vurulan müğənni Laranın başından bəla əskik olmur. Sputnik Azərbaycan xəbər verir ki, qəzadan yüngül xəsarətlərlə sağ çıxan müğənninin bu dəfə Alanyadakı evində yanğın baş verib. Yanğınsöndürənlərin çətinliklə söndürdüyü yanğında əşyaları külə dönən müğənni hadisə zamanı evdə olmayıb.

"Adam Gibi Adam", "Katmer Katmer" ve "İhanetin Bekçisi" və s. mahnıları ilə tanınan türkiyəli müğənni "Instagram" sosial media hesabında evinin görüntülərini paylaşaraq bu sözləri yazıb: "Əziz izləyicilərim və əziz dostlarım, dünən gecə evimizin çardağında yanğın baş verdi. İşim üçün rayondan kənarda olduğum üçün bu vəziyyət mənə çox təsir etdi. Ailəm çətin anlar yaşayıb, Allaha şükür, Rəbbim heç bir can itkisi göstərmədi, zərər mala gəldi... Allah heç kimə bu anı yaşatmasın, bu bizim üçün bir fəlakətdir, amma hər zaman Rəbbimin sevimli qulunu sınayacağına inanıram, Allaha şükür. Mesaj göndərən bütün dostlara minnətdarlığımı bildirmək istəyirəm".

View this post on Instagram

A post shared by LARA (@lara.official) on

 

Xəbər lenti
0