Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyanın ən varlı adamının şirkətində qalmaqal: bəlkə, elə buna görə pulludur?

© AP Photo / Pablo Martinez MonsivaisДжефф Безос, фото из архива
Джефф Безос, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət anbar işçilərinin əllərini haraya qoyduqlarını izləyə bilən qolbağın patentini alıb. Hətta bu qolbaqdakı vibrasiya funksiyası ilə insanın əlini istənilən istiqamətə yönəltmək mümkündür

BAKI, 3 sentyabr — Sputnik. Dünyanın ən varlı insanı olan Ceff Bezosa məxsus Amazon şirkəti öz əməkdaşlarını izləyirmiş.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Açıq bazarlar institutu” (Open Markets Institute) hüquq mühafizəsi şirkətinin araşdırmasında deyilir.

Koronavirus pandemiyası zamanı reteyler süni intellekt vasitəsilə əməkdaşlarının hərəkətini izləyən sistemi işə salıb. Videonəzarət oğurluq hallarını izləyir, eləcə də fasiləyə sərf olunan vaxtı da nəzarətdə saxlayır. Şirkət anbar işçilərinin əllərini haraya qoyduqlarını izləyə bilən qolbağın patentini alıb. Hətta bu qolbaqdakı vibrasiya funksiyası ilə insanın əlini istənilən istiqamətə yönəltmək mümkündür.

Hesabatda o da bildirilir ki, sürücülər 1000 bağlamadan 999-nu vaxtında çatdırmasalar, işdən qovula bilərlər. Bu isə, tədqiqatçılatın fikrincə, sürətin aşılmasına və qəzalara səbəb olur. İddiaya görə, Amazon işçilərdən anbara girmədən öncə su şüşəsi və şəffaf pul torbasından başqa hər şeyi girişdə təhvil verməyi tələb edir. Günün sonunda işçiləri 25-60 dəqiqə ərzində yoxlayırlar.

Həmçinin qeyd olunur ki, Amazon işçilərin həmkarlar ittifaqlarında birləşməsinin qarşısını alır və xeyli sayda insanın bir yerə toplaşmasına izn vermir.

Hesabatda vurğulanır ki, şirkətin işçiləri daim stress altındadırlar və işdən çıxarılma qorxusu ilə yaşayırlar. Şirkətin avtomatik olaraq təyin etdiyi tapşırıqların yerinə yetirilmə vaxtından geri qalan əməkdaşa sistem “töhmət” verir, bu isə işdən qovulmaqla nəticələnə bilər.

İyulda bir neçə iri şirkət (Amazon, Apple, Facebook и Google) ABŞ Konqresinin antiinhisar komitəsində dinləmələr zamanı rəqabətə pis təsir edən üstün mövqelərinə görə tənqid olunublar.

 

Xəbər lenti
0