Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Avropanın ən qocaman siyasətçilərindən biri koronavirusa yoluxub

© AFP 2023 / FILIPPO MONTEFORTEİtaliyanın sabiq Baş naziri Silvio Berluskoni, arxiv şəkli
İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Berluskoninin mətbuat xidməti onun partiya lideri olaraq sentyabrın 20-21-də keçiriləcək regional və inzibati seçkilərə hazırlığını davam etdirdiyini bildirib.

BAKI, 2 sentyabr – Sputnik. İtaliyanın keçmiş baş naziri, Avropa Parlamentinin deputatı, 84 yaşlı Silvio Berluskoni koronavirus testinin cavabı müsbət çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə onun şəxsi həkimi Alberto Dzanqrillo məlumat verib.

Həkimin sözlərinə görə, Berluskoninin xəstəliyi simptomsuz keçir, siyasətçi evdə təcrid olunub. Həmçinin qeyd olunur ki, “İrəli, İtaliya” partiyasının lideri Sardiniya səfərindən qayıtdıqdan sonra koronavirus testini verib.

Berluskoninin mətbuat xidməti onun partiya lideri olaraq sentyabrın 20-21-də keçiriləcək regional və inzibati seçkilərə hazırlığını davam etdirdiyini bildirib.

Xəbər lenti
0