BAKI, 2 sentyabr — Sputnik. Belçikanın Vervye şəhərindəki fəvvarənin təmiri zamanı içində şəhərin ilk meri Pyer Davidin ürəyinin olduğu mücrü aşkarlanıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə BBC yazır.
Ürək spirtlə dolu bankaya, o isə sink mücrünün içinə qoyulub. Vervyenin ictimai işlər üzrə nümayəndəsi Maksim Degeyin sözlərinə görə, mücrü fəvvarənin daşlarının birinin arxasında tapılıb.
A great story from @BBCNews (and some nice images) - Heart of [nineteenth century] Belgian city mayor found entombed in fountain. "An urban legend becomes reality" said Verviers Alderman for Public Works, Maxime Degey https://t.co/2D5NL7yKhr pic.twitter.com/O4Rcbaad4W
— Historic Photographer of the Year (@hpotyawards) September 1, 2020
Pyer David 1839-cu ildə dünyasını dəyişsə də onun ürəyi fəvvarənin içinə 1883-cü ildə yerləşdirilib. Bu, mücrünün üstündəki yazıdan bəlli olub. Merin ürəyi Şəhər İncəsənət Muzeyinə göndərilib.