Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Maqsud İbrahimbəyovun əsəri məşhur portalda yayımlanacaq

© Depositphotos.com / GaudiLabМужчина с ноутбуком
Мужчина с ноутбуком - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Azərbaycanlı yazıçının əsəri "Yaxın xarici ölkələrdə ədəbiyyat – Azərbaycan" adlı xüsusi bölməyə yerləşdirilib.

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan yazıçısı, nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun hekayəsi Qırğızıstan ədəbiyyat portalında yayımlanacaq. Sputnik Azərbaycan xəbər verir ki, Qırğızıstanın populyar Literatura.kg ("Ədəbiyyat") ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Уютное место в сквере" ("Bağçada rahat yer") hekayəsinin yayımına başlayıb.

Əsər "Yaxın xarici ölkələrdə ədəbiyyat – Azərbaycan" adlı xüsusi bölməyə yerləşdirilib.

Məlumat üçün bildirək ki, "Yaxın xarici ölkələrdə ədəbiyyat" bölməsi mütəmadi olaraq səhifələrində Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır. Xatırladaq ki, mütəmadi olaraq postsovet respublikalarının ədəbiyyatlarına yer ayıran portal, bundan əvvəl İsa Hüseynovun "Saz" adlı hekayəsini dərc edib.

Xəbər lenti
0