Fransanı heyran qoyan azərbaycanlı müğənni yeni klipini təqdim etdi

© pixabay / StockSnapПевец на сцене, фото из архива
Певец на сцене, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc müğənni yeni klipini “YouTube” portalındakı hesabından paylaşıbGənc müğənni yeni klipini “YouTube” portalındakı hesabından paylaşıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. ArazOzarA ləqəbli gənc müğənni Araz Hümbətov yeni klipini “YouTube” portalındakı hesabından paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, musiqiçi müəllifi olduğu “Child Amaravati” adlı mahnıya həyat verib. Klip sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. 

Xatırladaq ki, gənc müğənni Araz Hümbətov xarici ölkələrdə ölkəmizi layiqincə təmsil edən ifaçılardandır. O, 2016-cı ildə qatıldığı Fransanın “The Voice” televiziya proqramında auditoriyanı və münsifləri heyran qoymağı bacarmışdı.  Müğənninin milli musiqi alətimiz olan tarla çıxışı böyük marağa səbəb olmuşdu. O, tarın müşayiətilə Kris İsaakın “Wicked” kompozisiyasını səsləndirmişdi.  Məlumat üçün bildirək ki, Fransa vətəndaşı olan xanımla ailə quran həmyerlimiz 2014-cü ildən yaşadığı Tuluza şəhərində incəsənətimizi təbliğ etməklə məşğuldur. Bir çox musiqi alətlərində ifa etməyi bacaran Araz milli muğam və Pakistan sufi musiqisi ilə məşğul olur. O, ilk dəfə 2013-cü ildə “Mənim şizofreniyam” adlı psixodelik musiqi əsərini təqdim edib. Ardınca 2014-cü ildə “Nous saluerons la lune” filminin orijinal musiqisini bəstələyib. Daha sonra özünün “The Preachers” adlı blyuz-rok musiqi qrupunu yaradıb. 2015-ci ildə isə Lyon şəhərində “Nuances” musiqi qrupunu təşkil edib. Bu qrupla müxtəlif musiqi alətlərinin, texniki vokalların qarışığından istifadə edərək mükəmməl improvizasiyalar hazırlayıb. Həmin il “Nightmare Through The Pill of Happiness” adlı birinci albomu üzərində işləməyə başlayıb.

Sənətçinin “ArazOzarA” ləqəbinə gəldikdə isə o, Araz və Zara adlarının, yəni kişi və qadının, səma və torpağın birləşməsi mənası verir.

Xəbər lenti
0