Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ermənistanda koronavirusa yoluxanların sayı psixoloji həddi keçdi

© REUTERS / ADNAN ABIDIЗахоронение человека скончавшийся от COVİD-19, фото из архива
Захоронение человека скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 2 sentyabr — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 38 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1548-ə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 17 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1260-a çatıb, 19 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 44 075-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 197 nəfər artıb.

Ermənistanda son gündə daha 3 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 884-ə çatıb. Xəstəlikdən sağalanların sayı 38631 olub. Hazırda bu ölkədə 4291 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 25,7 milyonu keçib, 857 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0