CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Körpünü gecə ilə yox elədilər - FOTO

© Azerbaijan Highway State AgencyXırdalanda körpünün tirləri sökülüb
Xırdalanda körpünün tirləri sökülüb - Sputnik Azərbaycan
Abunə olmaq
Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmiryol körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib"

BAKI, 1 sentyabr — Sputnik. Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmiryol körpüsünün söküntü işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə körpünün aşırım tirləri tam olaraq demontaj edilərək ərazidən daşınıb: "Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmiryol körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib".

© Azerbaijan Highway State Agency
Xırdalanda körpünün tirləri sökülüb - Sputnik Azərbaycan
1/3
© Azerbaijan Highway State Agency
Xırdalanda körpünün tirləri sökülüb - Sputnik Azərbaycan
2/3
© Azerbaijan Highway State Agency
Xırdalanda körpünün tirləri sökülüb - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Qeyd edilib ki, mövcud dəmiryol körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmiryol körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

Xəbər lenti
0