CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta arayışlar verən şəxsin məhkəməsi başlanır

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avqustun 18-də Elvin Ağayevə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib

BAKI, 1 sentyabr — Sputnik. Masallı rayon Prokrorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Masallı rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Elvin Ağayevin xüsusi karantın rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi və həmin arayışlara yalan məlumatlar daxil etməsi barədə daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Aparılmış istintaqla Elvin Ağayevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən edilib.

Avqustun 18-də Elvin Ağayevə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

28 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Masallı rayon məhkəməsinə göndərilib.

Xəbər lenti
0