CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibkarlara yenidən pul veriləcək

© Sputnik / Murad OrujovАзербайджанские манаты, фото из архива
Азербайджанские манаты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabr ayının 10-dan sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaq

BAKI, 1 sentyabr — Sputnik. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində vəsaitlərin köçürülməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur və vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilir.

Avqust ayında yeni maliyyə dəstəyi çərcivəsində 234.355 muzdlu işçini əhatə edən 22.885 vergi ödəyicisinə 51.939,4 min manat vəsait ödənilib. Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 18.245 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır. İkinci maliyyə dəstəyi çərcivəsində avqust ayında 49.887 fərdi (mikro) sahibkara 12.471,8 min manat birdəfəlik maliyyə dəstəyi göstərilib.

Sentyabr ayının 10-dan sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaq.

Xəbər lenti
0