CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik Dilqəm Əsgərovun ailəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

© Sputnik / Murad OrujovМинистерство труда и социальной защиты населения
Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan
Abunə olmaq
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirmişdi ki, 6 ildən artıqdır erməni girovluğunda saxlanlılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilib

BAKI, 1 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın pensiya ödənişinin dayandırılması barədə yayılmış məlumatlara aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişi dayandırılmayıb: "F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilmişdi. Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F.Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir. Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər-hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır".

Qeyd edək ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az saytına açıqlamasında bildirmişdi ki, 6 ildən artıqdır erməni girovluğunda saxlanlılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilib.

Xəbər lenti
0