BAKI, 1 sentyabr — Sputnik. İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Türkiyə "əmiri" həbs olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu öz "Twitter" səhifəsində yazıb.
"İŞİD-in saxta Türkiyə əmiri önəmli planlarla saxlanıldı və həbs edildi... Hüquq-mühafizə orqanlarını təbrik edirəm", - Soylu qeyd edib.
DEAŞ’ın sözde Türkiye Emiri önemli planlarla yakalandı ve tutuklandı...
— Süleyman Soylu | Maske😷 Mesafe↔️ Temizlik🧼 (@suleymansoylu) September 1, 2020
Teşekkürler, tebrikler Emniyet Teşkilatı 👏🇹🇷
NTV telekanalının efirində çıxış edərkən Soylu "əmir"in adını da açıqlayıb - Mahmud Özden. Əməliyyat İstanbulda keçirilib. Nazirin sözlərinə görə, terrorçuların başçısı Türkiyədə terror aktı hazırlanması üçün döyüşçülərin hazırlanması, eləcə də türk siyasətçilərinin oğurlanaraq Suriyaya verilməsi ilə məşğul olurmuş.