CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda gecə vaxtı ağacları məhv edən şirkətin işi prokurorluğa göndərildi

© Sputnik / Ilya Naymushin / Mediabanka keçidЛесопромышленный комплекс, фото из архива
Лесопромышленный комплекс, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Real-Park" MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14880 manat məbləğində ziyan dəydiyi müəyyən olunub

BAKI, 1 sentyabr — Sputnik. Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ünvanda "Real-Park" MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14880 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı MMC barəsində akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Xəbər lenti
0