Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gənc rejissor: "Hətta yerli animasiya filmləri uşaqlarımız üçün təhlükəli ola bilər"

© Pexels freestocks.orgКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rəşid Ağamalıyevin fikrincə, son dövrlərdə çəkilən filmlər milli qəhrəmanları göstərsə də, əsərlərin ümumi bədii səviyyəsi imkan vermir ki, uşaqlarımız onları sevsin.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Rəşid Ağamalıyev Çexiyada kinematoqrafiya üzrə təhsil alıb. 2010-cu ildən kino səhəsinə gələn gənc rejissor və prodüser, 2016-cı ildən etibarən animasiya filmləri ilə məşğuldur. Acınacaqlı vəziyyətdə olan animasiyamızın inkişafı üçün bir sıra addımlar atan gənc rejissorla birlikdə Azərbaycandakı animasiya sahəsindəki problemlərə nəzər saldıq.

- Animasiya sahəsində fəaliyyət göstərməyə sizi nə vadar etdi?

- Bu sahəyə 2016-da məndə ağır bir ürək xəstəliyi aşkar edildi və mən müalicə üçün uzun müddət xəstəxanada qalmalı oldum. Başımı qarışdırmaq və necə deyərlər, vaxtı "öldürmək" üçün animasiya filmlərinə, o cümlədən Azərbaycan animasiya filmlərinə baxmağa başladım. Hər şey bu xəstəlik ilə başladı.

© Photo : Courtesy of Rashid AgamaliyevRəşid Ağamalıyev
Gənc rejissor: Hətta yerli animasiya filmləri uşaqlarımız üçün təhlükəli ola bilər - Sputnik Azərbaycan
Rəşid Ağamalıyev

- Azərbaycanda animasiya filmlərinin vəziyyəti sizi qane edirmi?

- Qətiyyən qane etmir. Ölkəmizin animasiyası ağır vəziyyətdədir. Dövlət bu sahə üçün kifayət qədər vəsait ayırmır. Nəticədə isə ölkəmizdə ildə ancaq 1-2 animasiya film çəkilir. Bundan əlavə, kadr problemləri var. Hələlik Azərbaycanda animasiya istehsalı sahəsində ixtisaslaşmış təhsil almaq üçün universitet yoxdur. Bu, ölkədə animasiyanın zəif inkişaf etməsinin iki əsas amili və başlıca səbəbidir.

- Azərbaycanda animasiya filmlərinin inkişafı üçün hansı addımlar atılır və atılmalıdır?

- Vəziyyəti yaxşılaşdırmaq və bu sənayenin inkişafına təkan vermək üçün 2018-ci ildə uşaqlar, yeniyetmələr və peşəkarlar üçün bir platforma olan ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını təsis etdik. Festival çərçivəsində biz ödənişsiz təlimlər keçirir, kinoteatrlar və televiziyada getməyən yeni animasiya filmlərinə baxır və maraqlı interaktiv görüşlər təşkil edirik. Başqa çox pozitiv xəbər odur ki, Mədəniyyət Nazirliyində çox ciddi kadr islahatları baş verir. Əminəm ki, tezliklə, hamımız onun nəticəsini görəcəyik.

Съемки, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan əsilli avropalı rejissor festivalın qalibi oldu

- Son dövrlər Azərbaycanda multiplikatorlar yaranırmı?

- Bəli, ANİAMFİLM Festivalı nəzdində fəaliyyət göstərən ANİMAFİLM Məktəbi son dövrlər çoxlu ödənşisiz və ödənişli animasiya təlimləri təşkil edir. Sənayeyə yeni multiplikatorlar gəlməyə başlayıblar. Eyni zamanda, "Azanfilm" studiyasının təşəbbüsü ilə 3D animasiya üzrə dərslər yaradılıb, Firəngiz Qurbanovanın sayəsində isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Animasiya kinosunun quruluşçu rəssamı" fənni yaradılıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində "animasiya" fənninin olduğu Kino məktəbi yaranıb. "Qurama" animasiya uşaq studiyasının rəhbəri Elçin Hami Axundov isə milli animasiya tarixini populyarlaşdırmaqda və onu inkişaf etdirməkdə davam edir. Amma fikirimcə, bu, kifayət deyil. Azərbaycan animasiyasının sağlam inkişafı üçün ixtisaslaşmış ali təhsil lazımdır. Ötən il biz prezident İlham Əliyevə açıq məktub yazdıq və orada milli animasiyanın problemlərini ətraflı qeyd etdik. Məktub 260 yerli və xarici peşəkar tərəfindən imzalandı. Ümid edirik ki, bizi eşidəcəklər.

- Sovet dövrü və indiki dövrün cizgi filmlərini müqayisə etsək, sizcə hansı daha üstündür?

- Belə fikir var ki, müasir animasiya sovet dövründəkindən daha pisdir, amma bu, belə deyil. Keçmiş sovet respublikalarında yüksək animasiya sənətinə çoxsaylı nümunələr tapmaq olar. Ölkəmiz isə təəssüf ki, əksər hallarda sadaladığım səbəblərə görə geri qalır.

Kinorejissor Elxan Cəfərov - Sputnik Azərbaycan
Rejissor Bakıda çəkilmiş yüz ilin ən yaxşı komediyasından danışdı

- Bu gün Azərbaycanın balaca tamaşaçıları türk, rus və ingilis dilində olan cizgi filmlərinə baxır. Bu, onların tərbiyəsinə necə təsir edə bilər?

- Mən Çexiyada yaşayıram. Burada müşahidə edirəm ki, uşaqlar daha çox milli animasiya filmlərinə baxırlar. Və onlar böyüyəndən sonra da bu, onların uşaqlığının bir parçasına çevrilir. Fikrimcə, cizgi filmləri nəinki bizə xeyir və şərin nə olduğunu öyrədər, hətta izah edər. Bir uşaq cizgi filmləri vasitəsilə öz dilini, mədəniyyətini, kimliyini daha çox sevə bilər. Ona görə də milli cizgi filmləri yaradılmaldır.

- Azərbaycanın kifayət qədər milli qəhrəmanı var, onlar haqqında cizgi filmləri çəkilirmi? Hansı ki, həmin cizgi filmləri uşaqlarda vətənpərvərlik hissini aşılaya bilər.

- Ölkəmizdə animasiya filmləri demək olar ki çəkilmir. Təəssüf ki, son dövründə çəkilən filmlər milli qəhrəmanları göstərsə də, əsərlərin ümumi bədii səviyyəsi imkan vermir ki, uşaqlarımız onları sevsin.

- Son dövrlər dünyada uşaqların yaşına uyğun olmayan cizgi filmləri çəkilir. Necə düşünürsünüz, bu cizgi filmləri uşaqlara necə təsir edə bilər?

- Valideynlər cizgi filmlərinin seçimində çox ehtiyatlı olmalıdırlar, məncə. Nəinki xarici, hətta yerli animasiya filmləri uşaqlarımız üçün təhlükəli ola bilər. Çeynənmiş söz səslənsə də, demək istəyirəm ki, animasiya uşaqların şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayır.

Xəbər lenti
0