Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda narkotiklərlə mübarizə

Abunə olmaq
Polis narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin artdığını bildirir. Hüquq pozuntularının yarıdan çoxu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməklə bağlı idi

Daxili İşlər Nazirliyinin (DİN) məlumatlarına əsasən, 2020-ci ilin yanvar – iyun ayları ərzində qeydə alınmış 13310 cinayət hadisəsinin 2904-ü və ya 21,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Dövlət Statistika Komitəsi bəyan edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çoxdur.

Onların 57,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,5 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1921 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 98,8 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,2 faizi isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.

2020-ci ilin yanvar – iyun ayları ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış cinayətlərin statistikası ilə Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiz.

Xəbər lenti
0