İbrahim Həşimov, Sputnik Azərbaycan
Bakı, 1 sentyabr – Sputnik. Qax rayonunda yaşayış evi yandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonunun Uzuntala kəndində qeydə alınıb. Yaxınlarının Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, kənd sakini Kərimov Cuma Aydın oğlu ötən gecə ailə üzvləri ilə mübahisə edib. Sərxoş vəziyyətdə olan Cuma Kərimov daha sonra benzin tökərək yaşadıqları evi yandırıb və kənddən çıxıb.
Hadisə zamanı xəsarət alan olmasa da, iki otaq və bir hamamdan ibarət olan yerdən tikilmiş ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.