Koronovirus xəstələrinə ayrılan bu xəstəxanalar əvvəlki profilinə qaytarıldı

© Sputnik / Murad OrujovГовсанский олимпийский спортивный комплекс, переоборудованный в клинику модульного типа
Говсанский олимпийский спортивный комплекс, переоборудованный в клинику модульного типа - Sputnik Azərbaycan
Abunə olmaq
TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.

BAKI, 31 avqust — Sputnik. Azərbaycanda pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. Sputnik Azərbaycan-a bu barədə TƏBİB-dən daxil olan məlumatda bildirilir. Xəbərdə qeyd edilir ki, bu səbəbdən, TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.

Belə ki, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.

Xəbər lenti
0