Emin Ağalarovun oğlu yeni klipini təqdim edib

© Photo : Youtube \ A.Li_official / Еду на капотеКадр из клипа "Еду на капоте"
Кадр из клипа Еду на капоте - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Ağalarov atasının izi ilə getməyə qərar verib: Onun ilk klipi qısa müddətdə ona Azərbaycanda və Rusiyada uğur gətirib.

BAKI, 31 avqust — Sputnik, Kəmalə Əliyeva. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın xalq artisti Emin Ağalarovun oğlu Əli Ağalarov "Yedu na kapote" (Kapotun üstündə gəzirəm) mahnısına çəkdirdiyi debüt klipi təqdim edib.

Bu barədə Sputnik Azərbaycan-a gənc ifaçının mətbuat xidmətindən məlumat verilib. Gənc ifaçı A.LI səhnə təxəllüsü ilə çıxış edir.

Bu günlərdə gənc ifaçı özünün ilk kompozisiyasını təqdim edib. Kompozisiya qısa müddət ərzində ona təkcə Azərbaycanda deyil, Rusiyada da böyük uğur gətirib.

"Musiqidə maraqlı zövqüm var. Beş və ya altı yaşım olanda Maykl Ceksonu və Şakiranı dinləyirdim, indi isə hip-hop və repi çox sevirəm, məhz buna görə də özümü bu janrda sınamağa qərar verdim", - deyə Əli Ağalarov qeyd edib.

Əli tezliklə yeni bir mahnı ilə tamaşaçıların görüşünə gəlməyi və musiqi ilə fəal surətdə məşğul olmağı vəd edir.

Əli "Jara" festivalı çərçivəsində çəkilən "Festival gündəlikləri" layihəsinin aparıcısı olub.

Xəbər lenti
0