Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri azaldılıb

© Sputnik / Murad OrujovГосударственный нефтяной фонд Азербайджана
Государственный нефтяной фонд Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 88,2 min manatdan 7 milyard 832 milyon 893,4 min manata endirilib

BAKI, 31 avqust — Sputnik. Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənəd Azərbaycanın 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə imzalanıb.

Sənədə görə, Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 88,2 min manatdan 7 milyard 832 milyon 893,4 min manata endirilib, xərcləri isə 11 milyard 589 milyon 910,3 min manatdan 12 milyard 439 milyon 910,3 manata qaldırılıb.

Xəbər lenti
0