CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mövsümə deyil, təzyiqə baxmaq lazımdır: ürək-damar xəstəlikləri haqda mifi yox etdilər

© AFP 2024 / ANGELOS TZORTZINISПенсионер, фото из архива
Пенсионер, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ürək-damar sistemi xəstəliklərinin şiddətlənməsi mövsümdən asılı deyil. Bununla belə infarkt və insultların əsasən səhər saatlarında baş verdiyi məlumdur" - Kardioloq

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Bu gün bütün dünyada ən geniş vüsət alan xəstəliklərindən biri, elə ən başlıcası ürək-damar xəstəlikləridir. Maraqlıdır, bu xəstəliklər əsasən hansı mövsümdə şiddətlənir və onun gənclər arasında geniş vüsət almasının səbəbi nədir?

Bu suallarla bağlı Mərkəzi Gömrük Hospitalının kardioloqu Samir Mustafayev Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / StringerKardioloq Samir Mustafayev
Mövsümə deyil, təzyiqə baxmaq lazımdır: ürək-damar xəstəlikləri haqda mifi yox etdilər - Sputnik Azərbaycan
Kardioloq Samir Mustafayev

- Öncə istəyirəm, ürəyin fəaliyyəti ilə bağlı danışaq.

- Ürək ana bətnində fəaliyyətə başlayan ilk orqandır. Dölün ürəyi ana bətnində 6 həftəsindən etibarən döyünməyə başlayır. Ürək həyatın və canlılığın qaynağı olaraq qəbul edilir. Yəqin ki, bu səbəbdəndir ki, ruhun ürəkdə yerləşdiyinə inanılır. Ürəyimiz ortalama dəqiqədə 70, gündə 104000 və ildə 38 milyon dəfə döyünərək, qanı orqanizimdə dövr etdirir. Üstəlik də 280-300 qram ağırlığında, sadəcə yumruğumuz böyüklüyündədir.

- Ürək-damar sistemi xəstəliklərinin dünyada rastlanma tezliyi haqda da məlumat verərdiniz.

- Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ürək-damar sistemi xəstəlikləri ölümlər arasında ilk yeri tutur. Hər il 18 milyon insan bu xəstəliklərdən dünyasını dəyişir. Bu rəqəmin 2030-cu ildə 23 milyon olacağı ehtimal olunur. Xəstəliklər arasındakı ölümlərin 31%-i ürək-damar sistemi xəstəliklərinin payına düşür.

Баку после смягчения карантина - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı əhalisini ciddi təhlükə gözləyir, əgər qarşısı alınmazsa...

- Bu tip xəstəliklər əsasən hansı mövsümdə şiddətlənir?

-  Ürək-damar sistemi xəstəliklərinin şiddətlənməsi mövsümdən asılı deyil. Bununla belə, infarkt və insultların əsasən səhər saatlarında baş verdiyi məlumdur. Eyni zamanda havaların soyuması həm təzyiqin yüksəlməsinə, həm də infeksiyalara bağlı olaraq ürək çatışmazlığı hallarının artmasına səbəb olur. Yay aylarında ilk növbədə təzyiqin səviyyəsinə diqqət etmək lazımdır. Maye itkisinə bağlı olaraq təzyiqin aşağı düşməsi huşun itməsinə səbəb ola bilər.

- Gənclər arasında da ürəyindən şikayət edənlərin sayı artıb.

- Ürək-damar xəstəliklərinin gənclərdə daha çox görünməsinin səbəbi qidalanma vərdişlərinin dəyişməsi, oturaq həyat və stressdir. Əvvəlki illərlə müqayisədə fəstfud qidalanma tərzi geniş yayılıb. Bu da gənclərin daha çox doymuş yağlarla zəngin yeməklərə üstünlük verməsinə yol açır. Nəticədə ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Digər səbəb oturaq həyat və buna bağlı artıq çəki problemidir. Artıq çəki və piylənmə kimi problemlər də ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Meqapolislərdə tıxac, hava çirklənməsi kimi əlavə təsirlər stressə səbəb olur. Bu da gənc yaşda ürək-damar xəstəlikləri riskini artırır.

Xəbər lenti
0