CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vüqar Biləcərinin dəfninə gedən meyxanaçılar cərimələndilər - FOTO

© AR Ministry of Internal AffairsElşən Xəzər
Elşən Xəzər - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Biləcərinin dəfn mərasimindən yayılan görüntülər araşdırılaraq iştirakçılar məsuliyyətə cəlb edilirlər.

BAKI, 30 avqust — Sputnik. Tanınmış meyxanaçılar - Elşən Xəzər və Orxan Lökbatanlı dəfn mərasimində iştirak etdiklərinə görə məsuliyyətə cəlb olunublar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji sərtlərinin kütləvi surətdə pozulması halı qeydə alınıb.

© AR Ministry of Internal AffairsMeyxanaçı Orxan Lökbatanlı
Vüqar Biləcərinin dəfninə gedən meyxanaçılar cərimələndilər - FOTO - Sputnik Azərbaycan
Meyxanaçı Orxan Lökbatanlı

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan daha 2  nəfər - meyxanaçı paytaxt sakinləri Orxan Əzimov (Orxan Lökbatanlı) və Elşən Qürbətov (Elşən Xəzər) Abşeron Rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib.

Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat cərimə olunub.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti
0