BAKI, 30 avqust — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qeyd edək ki, dünən bu rəqəmlər müvafiq olaraq 188 və 115 idi.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək respublikada ümumilikdə 36309 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, aktiv xəstə sayı 2075 nəfərdir.
Ölkədə son sutka ərzində 6137, hazırkı dövrədək isə 917027 test aparılıb.