CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Twitter ən populyar paylaşımın adını çəkdi və o çox qəmlidir

© AFP 2023 / ALASTAIR PIKETwitter, фото из хроники
Twitter, фото из хроники - Sputnik Azərbaycan
Abunə olmaq
Aktyorun ölümü barədə tvit ötən cümə, avqustun 28-də paylaşılıb. Bu günədək həmin tvit 6.9 milyon bəyənmə alıb

BAKI, 30 avqust — Sputnik. Twitter mövcud olduğu müddətdə ən populyar olan paylaşımı açıqlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə sosial şəbəkənin rəsmi hesabında qeyd olunub.

Ən çox layk toplayan paylaşım Hollivud aktyoru Çedvik Bouzmanın ölümü barədə məlumat olub.

“Bütün zaman ərzində ən çox layk toplayan tvit. Krala layiq hörmətin göstəricisi”, - Twitter-in paylaşımında deyilir.

​Aktyorun ölümü barədə tvit ötən cümə, avqustun 28-də paylaşılıb. Bu günədək həmin tvit 6.9 milyon bəyənmə alıb.

 

Xəbər lenti
0