BAKI, 30 avqust — Sputnik. Şənbə günü Luiziana ştatına səfər edən ABŞ Prezidenti Donald Tramp güman edib ki, onun avtoqrafını eBay internet hərracında 10 min dollara satmaq olar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Beast yazıb.
Prezident “Laura” qasırğasından ziyan görən rayonlara səfəri çərçivəsində Luizianaya gəlib. Nəşrin məlumatına görə, qasırğa ilə bağlı durumu müzakirə etdikdən sonra prezident görüşdə iştirak edən yerli xilasetmə xidmətləri əməkdaşlarının bir neçəsinə imzasını paylayıb.
“Bunu bu gün eBay-də satın. Ona görə 10 min dollar alacaqsız. Əgər sizin adınızı da əlavə eləsəm, imzanın qiyməti xeyli azalacaq. Ona görə bunu bu axşam eBay-də satın”, - deyə Amerika lideri görüş iştirakçılarından birinə məsləhət verib.
Trump goes to Lake Charles to greet emergency officials today after Hurricane Laura, has people brought to him so he can sign autographs they didn't ask for, and then tells them: "Sell it on Ebay for $10,000...If I put your name on it, it loses value." pic.twitter.com/eqK7M4iarF
— Amee Vanderpool (@girlsreallyrule) August 29, 2020
eBay saytının məlumatına görə, prezidentin avtoqrafları xeyli aşağı qiymətə satılır.
Ötən həftənin cümə axşamı “Laura” qasırğası beşballıq şkala üzrə dördüncü həddədək güclənib. ABŞ torpaqlarını cənginə alan təbii fəlakətin sürəti saatda 240 km-ə çatıb. Luizianadan keçərkən qasırğanın gücü 2 baladək düşüb.