BAKI, 30 avqust — Sputnik. Yaponiyada ilk sınaq uçuşunu edən avtomobil 4 dəqiqə havada qalıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yerdən 1-2 metr aralanan avtomobil 4 dəqiqə havada qala bilib. Avtomobilin 10 dəqiqə də havada qala biləcəyi deyilir.
Qeyd edək ki, 2023-cü ildə təqdimatının olacağı gözlənilən SD-03 adı verilən uçan avtomobil elektriklə çalışır.