BAKI, 30 avqust — Sputnik. Tayvanda, Sincu şəhərində çərpələng yarışında maraqlı hadisə baş verib.
Sputnik Azərbaycan bildirir ki, üç yaşlı qız nəhəng narıncı çərpələngin uzun şleyfinə dolaşıb. Qəfil əldən çıxan çərpələng uşağı da özü ilə göyün üzünə çəkib. Uşaq bir neçə metr hündürlükdə çərpələngdən asılı qalaraq küləyin təsirindən fırlanmağa başlayıb.
Terrifying moment a child at a kite festival in Hsinchu, northern Taiwan gets tangled up in a kite and lifted fifty feet up into the air. pic.twitter.com/YAPL545yAn
— Mike Fagan (@MikeFaganTaiwan) August 30, 2020
Festival iştirakçıları çərpələngi tutmağa çalışıblar. Çərpələng yerə çırpılan anda uşağı xilas etmək mümkün olub. O, xəsarət almayıb.
2019-cu ildə güclü külək Türkiyədə, Osmaniyə vilayətində küçədə quraşdırılmış bir çətiri aparmışdı. Həmin vaxt ondan yapışan kişi də təxminən 3-4 metr yüksəklikdə “uçmuşdu”.