BAKI, 30 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko yeni yayılmış fotosunda əlində, çox güman ki, АКС-74У avtomatının tüninq olunmuş variantını tutur.
Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə odlu silah üzrə mütəxəssis Maksim Popenker deyib.
Bundan bir qədər öncə RİA Novosti-nin “Lukaşenko haradadır və Minskdəki hadisələri izləyirmi?” sualına cavab olaraq Belarus liderinin mətbuat katibi Natalya Eysmont prezidentin Müstəqillik Sarayının önündə əlində avtomatla çəkilmiş şəklini göndərib.
Пресс-секретарь Лукашенко на вопрос о местонахождении президента прислала РИА Новости его фото с автоматом на фоне дворца Независимости. pic.twitter.com/AXcCnSZFmK
— TUT.BY (@tutby) August 30, 2020
“Mən gördüyüm qədərilə tüninq olunmuş АКС-74У-dur. Çox bənzəyir. Bu, Kalaşnikov avtomatının qısaldılmış formasıdır. Brutal görünür”, - Popenker deyib.
O dəqiqləşdirib ki, avtomat bütün postsovet məkanında geniş yayılıb. Ondan özünümüdafiə silahı qismində döyüş maşını və vertolyotların təchizatında istifadə olunub. Həmçinin xüsusi təyinatlılar ondan yaxın döyüşdə istifadə ediblər. Üstəlik, Sovet İttifaqı dağılandan sonra milis də məhz bu avtomatlarla təmin olunmuşdu, çünki tamölçülü avtomatlardan daha yığcamdır.
Qeyd edək ki, RİA Novosti-nin paylaşdığı şəkildən sonra sosial şəbəkələrdə belaruslar mətbuat katibinin yanlış foto göndərdiyinə eyham vurublar. “Bu gün fotonun çəkildiyi iddia olunan vaxt, yəni 16:00-da Minskdə günəş çıxmamışdı, həmin ərəfədə yağış yağırdı”, - deyə istifadəçilər qeyd ediblər.
Ekspertin sözlərinə görə, bir həftə əvvəl də Belarus Prezidenti məhz АКС-74У avtomatı ilə görüntülənmişdi, amma o, adi idi, tüninq olunmamışdı.
Avqustun 23-də Lukaşenkonun prezident sarayına vertolyotla gəlməsi haqda video yayılmışdı. Həmin anlarda sarayın yanında etiraz aksiyası keçirilirdi. Həmçinin əlində avtomat, əynində də zirehli jilet olan Lukaşenkonun etiraz aksiyasında asayişi qoruyan güc strukturlarının əməkdaşlarına yaxşınlaşaraq onlara “etiraz edənlərin işinə baxacağı” vədinin yer aldığı kadrlar da yayımlanıb. Həmin vaxt onun yanında oğlu Nikolay (o da silahla) olub.
Avqustun 9-da Belarusda prezident seçkisi keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra respublikada kütləvi etirazlar başlayıb. Milis və Daxili Qoşunların əsgərləri etiraz edənlərə qarşı gözyaşardıcı qaz, işıq-səs qumbaraları və rezin güllələrdən istifadə ediblər.
Sabahı gün MSK elan edib ki, Lukaşenko 6-cı dəfə ölkə prezidenti seçilib.
Avqustun 16-da Minskdə Lukaşenkonu dəstək aksiyası keçirilib.
İndiyədək respublikada etiraz aksiyaları səngimir.