Böhrandan çıxış yolu axtarırlar: “Gəlin dünyəvi dövlət quraq”

© REUTERS / GORAN TOMASEVICПротесты в Бейруте
Протесты в Бейруте - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkədə bütün hakimiyyət orqanları təriqətlər arasında bölünüb, yəni müəyyən bir orqana yalnız müvafiq təriqətdən olan adam başçılıq edə bilər

BAKI, 30 avqust — Sputnik. Livan Prezidenti Mişel Aun ölkənin siyasi sistemini dəyişərək vətəndaş müharibəsi zamanından qalmış hökumətin konfessional formalaşdırılması prinsipindən əl götürüb, Livanı dünyəvi dövlətə çevirməyi təklif edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, o bunu Böyük Livan dövlətinin yaradılmasının 100-cü ildönümü münasibətilə çıxış edərkən bildirib. Onun fikrincə, ölkədə arasıkəsilmədən davam edən böhran və Beyrut  limanında 190 nəfərin ömrünü bitirən partlayışın yaratdığı faciə fonunda belə bir təklif çıxış yolu ola bilər.

“Mən təklif edirəm ki, Livanı dünyəvi dövlət elan edək. Hər kəs üçün qəbuledilən, son nəticədə də konstitusiyada əksini tapacaq prinsipin formalaşdırılması üçün din xadimlərini və siyasətçiləri dialoqa çağırmağı boynuma götürürəm... İşlərin idarə olunmasında Livanın yeni anlayışa ehtiyacı var, bu təfəkkür də vətəndaşlığa və dövlətin dünyəviliyinə dayanmalıdır”, - Aun televiziya ilə müraciətində deyib.

Prezidentin sözlərinə görə, hakimiyyətin təriqətlərə görə bölünməsi səbəbindən hazırda Livan bir deyil, bir neçə respublikanı ehtiva edir.

Livanın konstitusiyasına görə, ölkənin bütün hakimiyyət orqanları təriqətlər arasında bölünüb, yəni müəyyən bir orqana yalnız müvafiq təriqətdən olan adam başçılıq edə bilər. Məsələn, qanuna görə, Livanın prezidenti vəzifəsini ancaq maronit xristian tuta bilər.

Xəbər lenti
0