CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yoluxma geniş yayılarsa, belə bir qərar verilə bilər

© Sputnik / Sergey YeshchenkoШкольные парты в классной комнате, фото из архива
Школьные парты в классной комнате, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hansı valideyn istəyirsə, övladı məsafədən təhsilini davam etdirə bilər. Fərqli düşünən, təhsil müəssisələrinin açılmasını istəyən insanlar da çoxdur"

BAKI, 29 avqust — Sputnik. "Təhsil müəssislərinin açılması ilə bağlı təhsil naziri brifinqdə məlumat verib".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu, hibrid xarakteri daşıyacaq təhsil proqramının həyata keçirilməsi olacaq: "Ancaq hansı valideyn istəyirsə, övladı məsafədən təhsilini davam etdirə bilər. Fərqli düşünən, təhsil müəssisələrinin açılmasını istəyən insanlar da çoxdur. Ona görə də vətəndaşlarımızın maraqlarına cavab verən ən yaxşı qərarların qəbul edilməsinə çalışırıq. Yoluxmalar olarsa, sinif, məktəb səviyyəsində tədrisin dayandırılması, hətta yoluxma geniş yayılarsa, ümumilikdə ənənəvi formada tədrisin dayandırılması barədə də qərar verilə bilər".

Xəbər lenti
0