“Tədqiqat və təhlillər göstərir ki, son illər uçot və bəyan etmələrin şəffaflaşdırılması kölgə iqtisadiyyatı miqyasını azaldıb, büdcə yığımlarında artıma səbəb olub”. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son illər Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində xeyli effektiv tədbirlər həyata keçirilib:
“Həm vergi, həm gömrük komitəsi xətti ilə yığımlar, eyni zamanda biznesin qeydiyyata alınması ilə bağlı ölkəmizdə müsbət dinamika müşahidə edilir. Bu, hökumətin büdcə resursları və daxil olmaları baxımından müsbət nəticələr əldə etməsinə şərait yaradır. Bununla yanaşı, kölgə iqtisadiyyatı ilə mübarizədə sistemli yanaşma olmalıdır”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz