CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürüb

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan
Abunə olmaq
Müvəkkil şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb.

BAKI, 29 avqust - Sputnik. Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb.

Sputnik Azərbaycan-ın məlumatına görə bu barədə Ombusman Aparatı məlumat yayıb.

Bu məqsədlə, dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb.

Eyni zamanda, Ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların  tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib.

Nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti
0