Bu qərar Yaxın Şərqdəki vəziyyəti dəyişə bilər

© AP Photo / Michael SohnСвиток Торы в Еврейском музее в Берлине, Германия, фото из архива
Свиток Торы в Еврейском музее в Берлине, Германия, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
BƏƏ İsraillə tam diplomatik münasibətlər quran üçüncü ərəb ölkəsidir. Bundan əvvəl Misir və İordaniya müvafiq olaraq 1979 və 1994-cü illərdə İsrail ilə sülh razılaşmasına nail olublar.

BAKI, 29 avqust — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin üzərindən boykotu götürdüyünü elan edib.

Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, məhdudiyyətlər BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zaid Əl Nəhyanın 1972-ci il tarixli dekreti ləğv etməsindən sonra aradan qaldırılıb.

Bildirilir ki, tədbir "ikitərəfli münasibətlərin qurulması məqsədi ilə ikitərəfli əməkdaşlığı dəstəkləməyə" yönəlib.

Boykotun ləğvi ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər və fərdlər İsraildən olan həmkarları ilə işləyə biləcəklər.

Bir qədər əvvəl İsrail və BƏƏ ABŞ-ın vasitəçiliyi ilə münasibətlərin normallaşdırılmasına dair razılaşma əldə edib. Sövdələşmənin şərtlərinə görə, İsrail İordan çayının qərb sahilində öz suverenliyini yaymaq qərarını müvəqqəti olaraq təxirə salacaq. Sazişin rəsmi imzalanmasından əvvəl tərəflər danışıqlar aparmalı və səfirliklərin, həmçinin ticarət və turizm əlaqələrinin açılmasını müzakirə etməlidirlər.

BƏƏ İsraillə tam diplomatik münasibətlər quran üçüncü ərəb ölkəsidir. Bundan əvvəl Misir və İordaniya müvafiq olaraq 1979 və 1994-cü illərdə İsrail ilə sülh razılaşmasına nail olublar.

Xəbər lenti
0