Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarlara kreditlə bağlı müraciət edildi

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Nəzərdə tutulan mexanizm zərər çəkmiş sahibkarların kredit yükünü azaltmaqla yanaşı, bankların likvidliyinin artırılmasına da müsbət təsir edəcək

BAKI, 28 avqust — Sputnik. Pandemiyanın sahibkarlıq fəaliyyətinə mənfi təsirlərinin aradan qaldırılmasına istiqamətlənmış kompleks tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti olmayan mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını davam etdirir. Bu barədə Sputnik Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Nazirlər Kabineti bəzi sahibkarların kredit portfelləri ilə bağlı qərar verdi

Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası"na uyğun olaraq, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə onlara subsidiyalar verilir. Bu mexanizm dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfelini əhatə edir və həmin portfel üzrə sahibkarların 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlər üzrə faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən maliyyələşdirilir. Maliyyələşdirmə mart ayından başlayaraq 12 ay ərzində həyata keçiriləcək. Bu məqsədlə 100 milyon manat nəzərdə tutulub. Bunun 50 milyon manatı Azərbaycan Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Bu, zərər çəkmiş sahibkarların kredit yükünü azaltmaqla yanaşı, bankların likvidliyinin artırılmasına da müsbət təsir edəcək.

Sahibkarlığın İnkişafı Fondu bir daha sahibkarların nəzərinə çatdırır ki, faiz subsidiyası əldə etmək üçün kredit aldıqları təşkilata müraciət edə bilərlər. Sahibkarlıq subyektləri sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dəstək tədbirləri, o cümlədən dövlət zəmanətli kreditlərin verilməsi və faizlərin subsidiyalaşdırılması barədə ətraflı məlumatı Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsindən (www.edf.gov.az) və ya Fondun Sahibkarlara Xidmət Mərkəzinə zəng etməklə (telefon: +994 12 310 23 00) əldə edə bilərlər.

Xəbər lenti
0