CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli parklarda piknik yerləri üçün ərazilər ayrıldı - Amma pullu olacaq

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidЛюди в парке, фото из архива
Люди в парке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qərara görə, milli parklara, təbiət qoruqlarına daxil olmaq üçün 2 manat ödəniş rüsumu nəzərdə tutulub. Vətəndaşlar bu məbləği ödəməklə həm də təbiət qoruğuna töhfə vermiş olur".

BAKI, 28 avqust — Sputnik. Milli parklarda pikniklər üçün yerlər ayrılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Səmədova deyib. Onun sözlərinə görə, istənilən şəxs milli parka daxil olub orada piknik üçün ayrılan yerlərdən istifadə edə bilər: "Parka daxil olan şəxslər üçün piknik yerlərindən istifadə sərbəstdir. Həmin ayrılan ərazilərdə piknik yerləri üçün lazımi şərait yaradılıb".

Milli parklara girişin ödənişli olmasına gəlincə isə A.Səmədova bildirib ki, bu proses dünya təcrübəsində var: "Milli parklara girişin ödənişli olması bütün dünyada qəbul olunub. Nazirlər Kabinetinin milli parklara girişin ödənişli olması barədə qərarı var: "Qərara görə, milli parklara, təbiət qoruqlarına daxil olmaq üçün 2 manat ödəniş rüsumu nəzərdə tutulub. Vətəndaşlar bu məbləği ödəməklə həm də təbiət qoruğuna töhfə vermiş olur. Milli parklara daxil olma prosesində tələbə və əlillər üçün güzəştlər də tətbiq edilib. Bu təbəqədən olan şəxslər milli parklara daxil olarkən onlara ödənişdə 25 faiz güzəşt edilir. Milli parklara turistlər gəlir. Azərbaycana gələn turistlər də milli parklara səfər edirlər".

Xəbər lenti
0