SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Metyu Brayza da şikayət etdi: “Minsk qrupu vasitəçilik rolunu yerinə yetirə bilmir”

© AP Photo / Salvatore Di NolfiМетью Брайза, фото из архива
Метью Брайза, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Düşünürəm ki, biz yaranan boşluğu Ermənistan tərəfindən Rusiyanın, Azərbaycan tərəfindən isə Türkiyənin dolduracağını görə bilərik

BAKI, 28 avqust – Sputnik. Bir az əvvəl Paşinyanın verdiyi bəyanatlardan danışdım. Belə bir vəziyyətdə Minsk qrupunun vasitəçiliyi ilə danışıqların davam etdirilməsinə şərait yoxdur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramına müsahibəsində deyib.

M.Brayza bildirib ki, Minsk qrupu hazırda həyata keçirməli olduğu vasitəçilik rolunu yerinə yetirə bilmir:

“Ona görə düşünürəm ki, biz yaranan boşluğu Ermənistan tərəfindən Rusiyanın, Azərbaycan tərəfindən isə Türkiyənin dolduracağını görə bilərik. Hamımızın da bildiyi kimi onlar Tovuzdakı toqquşmadan qısa müddət sonra birlikdə hərbi təlim keçirdilər. Hazırda biz Minsk qrupunun prosesdən kənara düşdüyünü görürük. Bəlkə Rusiya və Türkiyə daha çox önə çıxa bilər. Hesab edirəm ki, bəzi dairələrdə buna qarşı çıxanlar olacaq. Ancaq bunun doğru olduğunu düşünmürəm”.

Xəbər lenti
0