Sürət azalıb: Yoluxanların sayı hər gün gerləyir

© © Simon Dawson/Pool via REUTERSТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pandemiyanın ilk günlərinə nisbətən həftəlik yoluxma miqdarı minimum hədd olan 7,5 faizədək geriləyib.

BAKI, 28 avqust – Sputnik. Son 7 gündə dünyada COVID-19 virusuna təsdiqlənmiş yoluxma halları 1,8 milyon artıb. Bu da iyul ayının axırından etibarən həftəlik miqdarın bir səviyyədə olduğunu göstərir.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, pandemiyanın ilk günlərinə nisbətən həftəlik yoluxma miqdarı minimum hədd olan 7,5 faizədək geriləyib.

Bütövlükdə indiyədək dünyada yoluxanların sayı 24,5 milyon, yəni dünya əhalisinin 0,3 faizindən artıqdır. Son həftə sağalanlar 1,45 milyon artaraq 16 milyona, yəni yoluxanların 65,4 faizinə çatıb.

Koronavirusdan ölənlərin xüsusi çəkisi də 3,4 faizədək azalaraq minimum həddə geriləyib. Belə ki, son 7 gündə daha 38 minə yaxın xəstə dünyasını dəyişməklə ölənlərin sayı 832 minə çatıb.

Xəbər lenti
0