BAKI, 28 avqust — Sputnik. Azərbaycanda ov lisenziyaları birdəfəlik icazə əsasında verilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması xidmətinin rəisi Arzu Səmədova deyib. Onun sözlərinə görə, ov lisenziyası əldə etmək istəyən Azərbaycan vətəndaşı nazirliyin dövlət ekoloji təhlükəsizlik xidmətinin regional idarələrinə müraciət etməlidir: "Vətəndaş hansı regionda ov etmək istəyirsə, həmin regiondakı idarəyə müraciət edərək oradan ov lisenziyası əldə edə bilər. Hələ ki, bu lisenziyalar ov təsərrüfatlarına həvalə edilməyib".