Nardarandakı daş karxanasının direktoruna məcburi göstəriş verilib

© Photo : APADaş karxanası. Arxiv şəkli
Daş karxanası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Nardaran Daş Karxanası LTD" MMC-nin fəaliyyəti zamanı ətrafa tozun və səs-küyün yayılması faktı təsdiqini tapıb.

BAKI, 28 avqust — Sputnik. Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı ətrafa tozun və səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb.

Ekologiya və Təbii Sərvətləri Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə "Nardaran Daş Karxanası LTD" MMC-nin fəaliyyəti zamanı ətrafa tozun və səs-küyün yayılması faktı təsdiqini tapıb. "Ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədilə müəssisənin direktoruna məcburi göstəriş verilib".

Xəbər lenti
0